09 mart 2018, 15:05

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin bütün sahələr üzrə apardığınız islahatlar artıq öz bəhrəsini verməkdədir. Xüsusilə mədəniyyətimizin inkişafı üçün göstərdiyiniz əvəzsiz xidmətləri saymaqla tükənmir. Əlbəttə ki, hər bir inkişafın təməlində yüksək səviyyəli təhsil dayanır.

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi Sizin göstərdiyiniz qayğı və diqqətin, maddi və mənəvi dəstəyin daim şahidi olub. Belə ki, məhz Sizin Sərəncamınız əsasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin binasının inşası, hər bir şəraitlə təmin olunması, şagirdlərimizin beynəlxalq müsabiqə və festivallarda iştirakına şəraitin yaradılması, məktəbimizdə təhsil alan 8 şagirdin adının Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınması və onlara xüsusi aylıq təqaüdün ayrılması bir kollektiv olaraq bizi çox qürurlandırır. Əlbəttə, Sizin gənc istedadlara göstərdiyiniz bu diqqət böyüməkdə olan neçə-neçə gənc istedada ilham verərək, onları daha yüksək zirvələri fəth etməyə ruhlandırır.

Gənc istedadlar üçün nəzərdə tutulan xüsusi təqaüdün məbləğinin artırılması ilə bağlı imzaladığınız Sərəncam məktəbimizin müəllim və şagird heyətinin böyük sevincinə səbəb oldu. Gənc istedadların inkişafı naminə verdiyiniz növbəti müdrik qərara görə məktəbimizin müəllim və şagird heyəti adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Cənab Prezident, fürsətdən istifadə edərək, qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi, qələbə yenə də Sizinlə olacaq.

Dərin hörmət və ehtiramla,

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi.

Azərbaycan Respublikası, Bakı şəhəri.