09 mart 2018, 16:40

Mərahim Fərzəlibəyovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz mədəniyyət və incəsənət nümayəndələrinə hər zaman diqqət və qayğı göstərmisiniz. Sizin Sərəncamınızla fəxri adlara görə aylıq təqaüdlərin məbləğinin artırılması bizi daha da ruhlandırır, yeni yaradıcılıq uğurlarına səsləyir.

Möhtərəm cənab Prezident, qarşıdan növbəti prezident seçkiləri gəlir. Bu seçkilərdə Sizə uğurlar arzulayırıq. Xalqımızın rifahının yaxşılaşması üçün atdığınız hər bir addımı dəstəkləyir, göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Fərzəlibəyov Mərahim, Xalq Artisti

Qəniyev (Anatollu) Heydər, Xalq Artisti

Bayramov Təyyar, Əməkdar Artist

Vahabzadə Səbinə, Əməkdar Artist

Qasımov Kazım, Əməkdar İncəsənət Xadimi.

Azərbaycan Respublikası, Bakı şəhəri.