10 mart 2018, 14:25

Mövlud Ocaqovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz mədəniyyət və incəsənət işçiləri ulu öndərimiz Heydər Əliyevin və Sizin qayğınızı həmişə hiss etmişik. Bu yaxınlarda bizə göstərdiyiniz növbəti qayğınızı da sevinclə qarşıladıq. Prezident təqaüdünün və fəxri adlara görə aylıq təqaüdlərin məbləğini artırmağınız bizi çox sevindirdi.

Möhtərəm cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizə minnətdar olmuşuq, növbəti prezident seçkilərində də Sizi dəstəkləyəcəyik. Sizə bu yolda uğurlar arzulayırıq.

Hörmətlə,

Ocaqov Mövlud Vəli oğlu,

Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.