10 mart 2018, 16:00

Bəhruz Baxşıyevdən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən törətdiyim cinayətə görə 2012-ci ildə həbs edilmiş və 9 il azadlıqdan məhrumetmə cəzası almışdım. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamınıza əsasən mənim cəzam 5 ilə endirildi və mən ötən il dekabrın 28-də azadlığa buraxıldım.

Möhtərəm cənab Prezident, ali təhsilliyəm, ailəmiz çoxuşaqlıdır. Uzun müddət həbsdə qalmağım ailəmin maddi və mənəvi vəziyyətinə çox ağır təsir göstərdi. Sizin böyüklüyünüz, aliliyiniz nəticəsində mən ailəmə qovuşdum. Siz mənim səhvimi bağışladınız.

Əziz Prezidentimiz, mən şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə söz verirəm ki, ümidləri doğruldacaq, xalqımıza, dövlətimizə layiqli vətəndaş, Sizin müsəlləh əsgəriniz olacağam.

Qoy, Uca və Böyük Allah Sizin və ailənizin köməyi olsun və Sizləri qorusun!

Hörmətlə,

Baxşıyev Bəhruz Qiyas oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Ovala kəndi.