10 mart 2018, 17:00

Bəhlul Məmmədov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Ə.Paşayev küçəsində yerləşən çoxmənzilli binada yaşayırıq. Onbeşmərtəbəli binanın yerləşdiyi ərazidə istirahət üçün heç bir sahə yox idi. Uzun müddət idi ki, yaşadığımız bina təmir olunmurdu. Sizin müvafiq Sərəncamınızdan sonra binamızın dam örtüyü dəyişdirildi, fasadı, giriş hissələri əsaslı təmir edildi. Sakinlərin istirahətini təmin etmək üçün həyət asfaltlandı, yaşıllıq zolaqları, uşaqlarımız üçün mini-futbol meydançası salındı. Binamızın görkəmi də, həyətimiz də dəyişdi.

Hörmətli cənab Prezident, cəbhə bölgəsinə, burada yaşayan insanlara, onların maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Biz Sizin ətrafınızda sıx birləşmişik. Bilirik ki, güzəranımızın yaxşılaşmasını hər an düşünən Prezidentimiz – Ali Baş Komandanımız var. Tanrı Sizi qorusun.

Hörmətlə,

Məmmədov Bəhlul

Hümbətova Gültəkin

Kərimova Gülbəniz

Əliyev Şura

Allahverdiyev Ruslan

Əliyev Rövşən.

Azərbaycan Respublikası, Tərtər rayonu.