12 mart 2018, 14:25

Nadir Babayev və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz bütün sahələrə olduğu kimi, incəsənətə də yüksək diqqət göstərirsiniz. Sizin qayğınız sayəsində əmək fəaliyyətimiz yüksək qiymətləndirilib və biz çoxumuz fəxri adlara layiq görülmüşük. Sizin diqqətiniz bu gün də davam edir. Fevralın 22-də sözügedən sahədə çalışanların maddi rifah halının yaxşılaşdırılması üçün fəxri adlara layiq görülən şəxslərin aylıq təqaüdünün məbləğinin artırılması ilə bağlı yeni Sərəncam imzalamısınız. Sizin bu diqqətiniz bizi daha əzmlə çalışmağa ruhlandırır.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Qarşıdan gələn prezident seçkilərində Sizi dəstəkləyir və Sizə uğurlar diləyirik.

Dərin hörmətlə,

Babayev Nadir Davud oğlu,

Rauf Hacıyev adına 15 nömrəli 11 illik Musiqi Məktəbinin direktoru

Quliyeva Qəmər Rəsul qızı,

Rəşid Behbudov adına 2 nömrəli 11 illik Musiqi Məktəbinin direktoru

Orucova Mehin Əli qızı,

Cövdət Hacıyev adına 3 nömrəli 11 illik Musiqi Məktəbinin direktoru və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri.