13 mart 2018, 14:55

Müşfiq Salmanov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin imzaladığınız sərəncamlara, təsdiq etdiyiniz Dövlət proqramlarına, aidiyyəti qurumlara verdiyiniz göstərişlərə əsasən Bakıətrafı qəsəbələrdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, kommunikasiya xətləri yenilənib, avtomobil yollarının təmir-tikintisi və yenidən qurulması istiqamətində böyük işlər görülüb.

Yaşadığımız Biləcəri qəsəbəsinin daxili yolları, eləcə də Biləcəri-Binəqədi avtomobil yolu əsaslı təmir olunub, sakinlərin şəhərə gediş-gəlişi asanlaşıb. Yolların əsaslı təmiri sakinlərdə ruh yüksəkliyi yaradıb, onların böyük sevincinə səbəb olub.

Möhtərəm cənab Prezident, həyata keçirilən bu işlərə görə şəxsən öz adımızdan və ailələrimiz adından Sizə dərin minnətdarlığımızı bildirir, ən xoş arzularımızı çatdırırıq.

Hörmətlə,

Salmanov Müşfiq İdris oğlu

Qafarov Mürsəl Aydın oğlu

Rəsulov Maqsud Ötər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.