06 mart 2018, 18:10

Tərlan Seyidovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin müvafiq Fərmanınız və Sərəncamınız əsasında Prezidentin fərdi təqaüdünün və fəxri adlara görə aylıq təqaüdlərin məbləğinin artırılması haqqında xəbəri böyük minnətdarlıq hissi ilə qarşıladım. Sizin qayğı və diqqətiniz sayəsində Azərbaycan bəstəkarları və musiqişünasları ruh yüksəkliyi ilə yazıb-yaradırlar.

Əziz Prezidentimiz, hər zaman bəstəkarlarımıza və musiqişünaslarımıza maddi və mənəvi dəstək olduğunuza görə Sizə xüsusi təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin inkişafı naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər və qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıram.

Hörmətlə,

Seyidov Tərlan, bəstəkar, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.