06 mart 2018, 16:10

Əhməd Məmmədov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin doğma şəhərimiz Mingəçevirə göstərdiyiniz diqqət və qayğı, onun inkişafı və sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün qəbul etdiyiniz qərarlar biz mingəçevirliləri çox sevindirir. Bu günlərdə şəhərimizə etdiyiniz səfər zamanı görülən işlərə verdiyiniz yüksək qiymət, həmçinin səfərinizdən dərhal sonra Mingəçevirdə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı imzaladığınız Sərəncam bizi daha yaxşı çalışmağa ruhlandırır. Bütün bunlara görə Sizə “Çox sağ olun” deyirik.

Möhtərəm cənab Prezident, biz Sizin fəaliyyətinizi dəstəkləyir və Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Əhməd Fikrət oğlu

Süleymanova Lətafət Süleyman qızı

Kərimova Gülbəniz Məcid qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.