06 mart 2018, 16:05

Fərhad Xəlilov və başqalarından, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin qəbul etdiyiniz hər bir qərar xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Minnətdarlıq hissi ilə bildirirəm ki, mədəniyyət və incəsənət adamlarına olan qayğı və diqqətiniz bizi mədəniyyətimizin inkişafı naminə yeni-yeni əsərlər yaratmağa səsləyir.

Bu günlərdə növbəti dəfə aldığımız xoş xəbər – Prezidentin fərdi təqaüdünün və fəxri adlara görə aylıq təqaüdlərin məbləğinin Sizin müvafiq Fərman və Sərəncamınızla artırılması da bütün yaradıcı təşkilatlarda olduğu kimi, Azərbaycan Rəssamlar İttifaqında da böyük sevinclə qarşılandı.

Cənab Prezident, mən həm rəssamlarımızın adından, həm də şəxsən öz adımdan Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Əminliklə bəyan edirəm ki, qarşıdan gələn prezident seçkilərində biz rəssamlar həmişəki kimi yekdilliklə Sizə səs verəcəyik.

Xalq rəssamları adından dərin hörmətlə,

Xəlilov Fərhad

Məmmədov Səlhab

İbrahimov Ağəli

Ağababayev Tofiq

Hüseynov Arif

Əhmədov Xanlar

Eldarov Ömər

Müfizadə Cəmil

Hacıyev Altay və başqaları (cəmi: 22 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri.