05 mart 2018, 16:35

Murad Hüseynovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz ilə Vətənimiz hər sahədə uğurla inkişaf etməkdədir. İstər istedadlı gənclərimiz, istərsə də ustad sənətkarlarımız Sizin diqqət və qayğınızla tam əhatə olunub. 2018-ci il fevralın 22-də imzaladığınız Sərəncam bu diqqətin bariz nümunəsidir və böyük mənəvi əhəmiyyət kəsb edir.

Biz sənətçilərə verdiyiniz yüksək dəyərə görə Sizə dərin ehtiramımızı, təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Qarşıdan gələn prezident seçkilərində Sizi dəstəkləyir, Vətənimizin, xalqımızın, dövlətimizin rifahı naminə gördüyünüz misilsiz işlərdə Sizə böyük uğurlar diləyirik.

Böyük hörmət və ehtiramla,

Hüseynov Murad Fərid oğlu,

Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu.

Azərbaycan Respublikası, Bakı şəhəri.