İlham Əliyev 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

07 iyul 2011, 18:00
İlham Əliyev 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Məktəbin müəllim və şagirdləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 1967-ci ildə istifadəyə verilmiş məktəb müxtəlif idman növləri üzrə olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının çoxlu sayda qalib və mükafatçılarını yetişdirmişdir. Son vaxtlar məktəbin bir hissəsi əsaslı şəkildə bərpa olunmuş, digər hissələri isə tamamilə yenidən tikilmişdir. Tikinti və əsaslı təmir işlərinə 2008-ci ildə başlanılmışdır. Məktəbin ümumi ərazisi 3 hektardır. Qapalı tikililərin ərazisi 5500 kvadratmetrdir ki, bunun da 3000 kvadratmetri yeni tikilidir. Kompleks bir neçə korpusdan ibarətdir. Burada inzibati korpus, idman zalları, müxtəlif təyinatlı otaqlar vardır.

Dövlət başçısı əvvəlcə futbol meydançasında idmançılarla görüşdü, onlarla söhbət etdi. Məktəbin futbol meydançası ən müasir tələblər səviyyəsində qurulmuşdur. Meydançaya Niderland Krallığından gətirilmiş təbii örtük döşənmişdir. Burada məktəbin 136 şagirdi futbolun sirlərinə yiyələnir. Stadionda keçirilən oyunları izləyən tamaşaçılar üçün 670 yerlik tribuna quraşdırılmışdır. İdman qurğusunda müasir drenaj sistemi qurulmuşdur.

Məktəblə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, binanın birinci mərtəbəsində boks, voleybol və basketbol zalları, üzgüçülük hovuzu, tibb otağı, sauna yerləşir. İkinci mərtəbədə isə trenajor zalı, arxiv, loja, fitnes və tennis zalları fəaliyyət göstərir. Bundan başqa, məktəbdə tir və müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır.

Dövlət başçısı boks zalına baxdı. Burada idmanın bu növü ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır.

Boks trenajor zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada quraşdırılan avadanlıq müasir standartlara cavab verir. Məktəbdə 72 gənc idmanın bu növü ilə məşğul olur.

Ümumi sahəsi 1320 kvadratmetr olan basketbol zalı əsaslı təmir olunmuş və məktəbdə idmanın bu növü ilə məşğul olmaq üçün hər cür imkan yaradılmışdır. Burada 100 gənc idmanın bu növünə cəlb edilmişdir.

Məktəbdə müasir üzgüçülük hovuzu da gənclərin ixtiyarına verilmişdir. Uzunluğu 25 metr, ümumi sahəsi 1320 kvadratmetr olan hovuz yeni tikililər sırasındadır. Burada ümumilikdə 100 nəfər üzgüçülüklə məşğul olur.

Məktəbdəki fitnes zalı da müasir səviyyədə yaradılmışdır. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada ən müasir avadanlıq quraşdırılmışdır.

Tennis zalı ilə tanışlıq zamanı bildirildi ki, hazırda gənclərin idmanın bu növünə də marağı artmaqdadır. Bu amil nəzərə alınaraq tennis zalının imkanları genişləndirilmişdir.

Məktəbdə boks təlim zalı da gənclərin ixtiyarına verilmişdir.

Prezident İlham Əliyev məktəbin trenajor zalına da baxdı. Ümumi ərazisi 134 kvadratmetr olan zalda məşqlərin davamlı keçirilməsi üçün müasir idman qurğuları quraşdırılmışdır.

Tir otağında isə 56 gənc atıcılıq vərdişlərinə yiyələnir. Bütövlükdə məktəbin maddi-texniki bazasının təchizatında dünyanın aparıcı şirkətlərinin idman avadanlıqlarından istifadə edilmişdir.

Dövlət başçısına yeni yaradılmış iki tennis kortu barədə də məlumat verildi.

Yenidənqurma zamanı məktəbin həyəti abadlaşdırılmış, geniş yaşıllıq zolaqları salınmışdır. Binanı elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün yarımstansiya quraşdırılmışdır.

Məktəblə tanış olan Prezident İlham Əliyev müəllim və şagirdlərə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 mart 2025
12:49
Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973...

12 mart 2025, 12:49
SƏNƏDLƏR Sərəncamlar 12 mart 2025
12:46
“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

12 mart 2025, 12:46
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:18
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...

11 mart 2025, 16:18
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:16
“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...

11 mart 2025, 16:16
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:14
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr...

11 mart 2025, 16:14
SƏNƏDLƏR Qanunlar 11 mart 2025
16:12
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti...

11 mart 2025, 16:12