02 mart 2018, 15:00

Mənsum İbrahimovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında Sərəncamınızı böyük sevinclə qarşıladım. Buna görə şəxsən öz adımdan, bütün sənət yoldaşlarım adından Sizə təşəkkürümü bildirirəm. Siz hər zaman ölkə vətəndaşlarının, xüsusilə biz mədəniyyət və incəsənət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərirsiniz

Cənab Prezident, bir daha Sizə dərin təşəkkürümü və minnətdarlığımı ifadə edir, mədəniyyətimizin inkişafı naminə bundan sonra da səylə çalışacağıma söz verirəm. Qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar arzulayıram.

Hörmətlə,

İbrahimov Mənsum, Xalq Artisti, “Şöhrət” ordenli,

professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.