İlham Əliyev “Boeing” şirkətinin nümayəndə heyətini qəbul edib

23 fevral 2018, 10:00
İlham Əliyev “Boeing” şirkətinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev  “Boeing Commmercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə “Boing” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini və bu şirkətin istehsal etdiyi 20-yə yaxın təyyarənin Azərbaycan mülki aviasiyası tərəfindən alındığını vurğuladı. Ölkəmizin hazırda çox müasir və keyfiyyətli hava donanmasına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Hava Yollarının çox yaxşı reputasiyası var. Dövlətimizin başçısı Azərbaycanın artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməkdə olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində böyük nailiyyətlərin əldə edildiyini bildirərək, son illər ölkəmizdə 6-sı beynəlxalq aeroport olmaqla 7 yeni aeroportun inşa edildiyini, ən müasir səviyyədə yükdaşıma və nəqliyyat təyyarələrinin fəaliyyət göstərdiyini vurğuladı. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanda bütün növ müasir gəmilər istehsal edən gəmiqayırma zavodu, müasir dəmir yolu infrastrukturu yaradıldığını və avtomobil yollarının inşa edildiyini dedi. Dövlətimizin başçısı yüklərin hava nəqliyyatı vasitəsilə daşınmasına toxunaraq, Azərbaycanın təkcə regionda deyil, qlobal karqo trafikdə artıq mühüm rol oynadığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın “Boing” şirkəti ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etdi.

Qonaq Azərbaycanla, o cümlədən AZAL şirkəti ilə əməkdaşlıqdan böyük məmnunluq hissi duyduğunu dedi və ölkəmizlə çox güclü əməkdaşlığın həyata keçirildiyini vurğuladı. O, “Boing” şirkəti adından Azərbaycanın gələcək inkişafına böyük inamla yanaşdıqlarını bildirərək, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyi ifadə etdi.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin bir çox sahələri əhatə etdiyi bildirildi və əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulandı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43