İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

21 fevral 2018, 11:30
İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

ADA Universiteti ilə Niderlandın Vaqeninqen Universitetinin birgə hazırladığı “Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin təqdimatının əhəmiyyətinə toxunan Rene Van der Linden kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatlı olduqlarını dedi. Qonaq təqdim olunacaq layihənin gələcəkdə həyata keçirilməsinin Niderland şirkətlərinin Azərbaycana cəlb olunması, onların ölkəmizdə keçirilən Caspian Agro-Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakı və Azərbaycanın müvafiq təhsil ocaqları ilə əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyini bildirdi.

“Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin uğurlu icrasına ümidvar olduğunu bildirən Prezident İlham Əliyev onun ölkəmizdə həyata keçirilən kənd təsərrüfatının inkişafı və iqtisadiyyatın şaxələndirilməsi siyasətinə tam uyğun olduğunu dedi. Dövlətimizin başçısı layihənin Azərbaycan və Niderland şirkətləri arasında fəal əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğuladı. Prezident İlham Əliyev ADA Universiteti və ölkəmizin digər təhsil ocaqları ilə yaradılmış əməkdaşlıq əlaqələrinin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van Der Lindenin əlaqələrimizin inkişafındakı rolu qeyd edildi.

gallery-photo