Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 fevral 2018, 18:02

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2018-ci il.