14 fevral 2018, 16:20

Elvira Əfəndiyevadan, Qazax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Qürur hissi duyuram ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Sizin uğurlu fəaliyyətiniz sayəsində ölkəmiz gündən-günə inkişaf edir. Azərbaycan bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır.

Əziz Prezidentimiz, biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Sizin qayğınızın və müvafiq göstərişlərinizin nəticəsidir ki, sərhəd bölgəsində yerləşən Qazax rayonu gündən-günə inkişaf edir, çiçəklənir.

Cənab Prezident, bu xoş həyatı bizə bəxş edən Sizsiniz, Sizin vətənpərvərlik və dövlətçilik siyasətinizdir. Sizin Vətənimizin ən kiçik yaşayış yerlərinin belə abadlaşmasına aparan siyasi xəttinizi, dərin zəka və möhkəm iradə ilə gördüyünüz işləri dəstəkləyir, Sizə şəxsən öz adımdan və yaşadığım Qazax rayonunun sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın daha da qüdrətlənməsi istiqamətindəki fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

Əfəndiyeva Elvira Vəli qızı.

Azərbaycan Respublikası, Qazax rayonu.