09 fevral 2018, 12:15

Seymur Süleymanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bir gənc olaraq Sizin siyasətinizi tam dəstəkləyirəm. Biz gənclər üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə Sizin kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi-iqtisadi prosesləri dərindən təhlil edib lazımi addımlar atmağı bacaran dövlət xadimi rəhbərlik edir. Bu gün gənclərə və idmana göstərdiyiniz xüsusi diqqət və qayğıya görə ölkə gəncləri Sizinlə fəxr edirlər.

Hörmətli cənab Prezident, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Sizin uğurla davam etdirdiyiniz siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. Siz Azərbaycanın təhlükəsizliyinin və sabitliyinin qarantısınız. Allah Sizi qorusun.

Hörmətlə,

Süleymanov Seymur Çağdaş oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.