08 fevral 2018, 17:00

Bəhmən Quluyev və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamınızı kəndimizin sakinlərinin, həmçinin rayon əhalisinin maddi rifah halının yüksəlməsi istiqamətində növbəti qayğı və töhfə kimi qiymətləndiririk. İnanırıq ki, mənfur ermənilərlə təmas xəttinə yaxın bölgədə yerləşən rayonumuzun bundan sonra da inkişafı üçün köməyinizi əsirgəməyəcəksiniz.

Əziz Prezidentimiz, xalqın mənafeyinin, maddi rifah halının yaxşılaşması üçün görülmüş və görüləcək səmərəli tədbirlərə görə Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür, yeni-yeni nailiyyətlər və qələbələr arzu edirik.

Hörmətlə,

Quluyev Bəhmən Qaraxan oğlu

Məhərrəmov Fazil Alış oğlu

İbrahimova Edelya Mirzə qızı

Gülməmmədova Kamilə Yusif qızı və başqaları (cəmi:57 nəfər).

Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.