01 fevral 2018, 11:50

Əlövsət Xasıyev və başqalarından, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz kənd yollarının əsaslı təmirinə və tikintisinə, yeni yolların çəkilməsinə xüsusi diqqət yetirirsiniz. Son illər ərzində bununla bağlı çoxlu sayda sərəncamlar imzalamısınız. Son çıxışınızda yaxın vaxtlarda bütün kənd yollarının tam təmir olunacağı ilə bağlı söylədiyiniz sözləri televiziya vasitəsilə eşidəndə qəlbimizdə ümid çırağı yandı. Çünki biz də kəndimizin yolunun yararsız vəziyyətdə olmasından çox əziyyət çəkmişik. Yeni ilin əvvəlindən artıq bizim yolda da təmir işlərinə başlanılıb. Sevincimizin həddi-hüdudu yoxdur.

Əziz Prezidentimiz, Siz xalqımızın firavan yaşaması üçün yorulmadan çalışırsınız. Ulu öndərimiz Heydər Əliyev xalqımızı zülmətdən işığa çıxardı. Siz isə addım-addım daha parlaq gələcəyə aparırsınız.

Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, Sizə uzun ömür, cansağlığı arzu edirik.

Allah Sizə yar olsun.

Göynüyən və Qarasuçu kəndlərinin sakinləri adından dərin hörmətlə,

Xasıyev Əlövsət

Məmmədov Nurəddin

Abbasov Ələkbər

Kərimov Asim və başqaları (cəmi: 20 nəfər).

Azərbaycan Respublikası, Goranboy rayonu.