29 yanvar 2018, 20:00

Mirzə Laçınov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Dünya İqtisadi Forumunun “İnklüziv inkişaf indeksi-2018” adlı hesabatında Azərbaycanın göstərdiyi uğurlu nəticələr bizi hədsiz dərəcədə sevindirdi. Bu uğurla əlaqədar Sizə ilk növbədə vətəndaş olaraq dərin minnətdarlığımızı bildirir, eyni zamanda, Sizi səmimi qəlbdən təbrik edirik. Ölkəmizin uğurlarının siyahısı və miqyası Sizin uğurlu daxili-xarici siyasətiniz və həyata keçirdiyiniz iqtisadi islahatlar nəticəsində gündən-günə genişlənir və biz gənclər bundan hədsiz fəxarət hissi keçiririk.

Bu onu göstərir ki, iqtisadi inkişafın Azərbaycan modeli öz sözünü deyir, bütün dünya ölkələri bu nəticəni görür və bu, çox önəmli, dəyərli hadisədir.

Cənab Prezident, Sizə şəxsi həyatınızda yalnız xoş və sevindirici hadisələr, ali dövləti fəaliyyətinizdə isə növbəti və daha böyük nailiyyətlər arzu edirik. Sizin sevinciniz bizim sevincimiz, Sizin uğurunuz bizim uğurumuzdur.

Hörmətlə,

Laçınov Mirzə Rəhim oğlu,

Laçınov Kamal Rəhim oğlu,

Hacımirzəyev Araz Bəylər oğlu,

Laçınova Günay Bəylər qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.