Gerb

25 yanvar 2018, 14:00

Hörmətli cənab Prezident.

Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamınız bizi çox sevindirdi. Artıq bu istiqamətdə işlərin icrasına başlanılıb. Bu yolun tikintisi regionların inkişafı üçün gördüyünüz böyük quruculuq işlərinin tərkib hissəsidir. Kəndlərarası avtomobil yollarının yenidən qurulması kəndlərin sosial-iqtisadi inkişafını sürətləndirəcək və kənd camaatının güzəranının yaxşılaşmasına mühüm töhfə verəcək.

Çox sağ olun, cənab Prezident! Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

 

Nəsirov Xalid

Balabəyov Arzuman

Nöhbalayev A

Manafov A

Turabova U.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Qalağan kəndi.