İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb

23 yanvar 2018, 21:45
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb

Prezident İlham Əliyevin Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih ilə görüşü olub.

Xəlid Əl Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və rəğbət hissini dövlətimizin başçısına çatdırdı. O, Kralın Azərbaycan Prezidentinin bu yaxınlarda ona göndərdiyi məktubdan böyük məmnunluq hissi keçirdiyini bildirdi.

Prezident İlham Əliyev məktubunda Krala və Səudiyyə Ərəbistanına dərin hörmətini ifadə etdiyini, ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu vurğuladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin, iqtisadi, enerji təhlükəsizliyi və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu bildirdi. Söhbət zamanı OPEC çərçivəsində əməkdaşlıqdan və SOCAR və “Saudi Ramko” şirkətləri arasında işbirliyindən danışıldı.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür etdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55