İlham Əliyev Davosda “SUEZ GROUP”un baş icraçı vitse-prezidenti ilə görüşüb

23 yanvar 2018, 20:35
İlham Əliyev Davosda “SUEZ GROUP”un baş icraçı vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Davosda “SUEZ GROUP” şirkətinin baş icraçı vitse-prezidenti və “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasının sədri xanım Marie-Ange Debon ilə görüşüb.

Xanım Marie-Ange Debon Prezident İlham Əliyevə “SUEZ GROUP”un Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verərək ölkəmizdəki tərəfdaşlarla çox uğurla əməkdaşlıq etdiklərini bildirdi. Gələcək planlar barədə danışan Marie-Ange Debon Prezident İlham Əliyevə su, kanalizasiya və yağış sularının aradan qaldırılması sahələrindəki yeni texnologiyalar barədə məlumat verdi.

Prezident İlham Əliyev “SUEZ GROUP”un gördüyü işlərdən məmnunluğunu bildirdi. Dövlət başçısı Azərbaycanın gələcəkdə də “SUEZ GROUP”la əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd etdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55