22 yanvar 2018, 17:30

D.Rüstəmovdan, Mingəçevir, Azərbaycan

Əziz və hörmətli cənab Prezident,

Xalqımızın rifahının yaxşılaşdırılması naminə həyata keçirdiyiniz siyasəti dəstəkləyir və Sizə işlərinizdə uğurlar diləyirəm.

Dövlətimizin gələcəyi uğrunda gördüyünüz davamlı tədbirlər və səmərəli fəaliyyətiniz bizi ruhlandırır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları uğurla icra olunur.

Bundan başqa, insanları narahat edən ən xırda məsələlərə belə diqqət ayrılır, narahatlıqlar aradan qaldırılır. Yaşadığımız məhəllədə 50 ildən artıq istifadə edilmiş xeyir-şər evinin təmiri ilə əlaqədar müraciətimizdən dərhal sonra müvafiq tədbir görülməsi dediklərimi bir daha əyani sübut edir.

Möhtərəm Prezident, məhz Sizin səmərəli fəaliyyətiniz nəticəsində, insan amilinə verdiyiniz önəm sayəsində yerlərdə əhalinin sosial məsələlərlə bağlı müraciətlərinə həssaslıqla yanaşılır. Bütün bunlara görə sakinlər adından Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Rüstəmov D.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.