19 yanvar 2018, 18:35

Oktay Alpənahovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident, 

Ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və insanlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün görülən işlərə görə, ilk növbədə, Sizə dərin minnətdarlığımı bildirirəm.
Mən səhhətimdə yaranmış problemlə əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdim. Burada mənə çox yüksək keyfiyyətli tibbi xidmət göstərildi. Vəziyyətim nəzərə alınaraq mən 10 gün müddətində stasionar qaydada müalicə olundum.
Möhtərəm cənab Prezident, Yevlax rayonunda belə keyfiyyətli xidmət göstərən, texniki təchizat baxımından müasir tələblərə cavab verən xəstəxana məhz Sizin səhiyyə sahəsinə göstərdiyiniz diqqət sayəsində yaradılıb.
Sizin Sərəncamınızla tətbiq edilən icbari tibbi sığorta sistemi də öz müsbət nəticələrini verməkdədir. Əhali üçün icbari tibbi sığorta çox vacibdir və arzu edirik ki, tətbiq edilən bu sistem daha da təkmilləşdirilsin.  
Əziz Prezidentimiz, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayır, yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm. 
Hörmətlə,

Alpənahov Oktay Haqverdi oğlu,

Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Yevlax rayonu, Qoyunbinəsi kəndi.