18 yanvar 2018, 18:20

Hamayıl Məhərrəmovadan, Qazax, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin apardığınız uğurlu siyasət nəticəsində respublikamız gündən-günə inkişaf edir. Bu inkişaf nəticəsində əhalinin yaşayış səviyyəsi və güzəranı yaxşılaşır, arzularımız reallaşır, sabaha olan ümidlərimiz artır.

Yaşadığımız Qazax rayonunda aparılan quruculuq işləri ürək açır. Müasir standartlara cavab verən körpələr evinin, uşaq bağçasının, yeni məktəblərin, xalça fabrikinin tikilməsi, kənd yollarının asfaltlanması məhz Sizin tapşırığınız və diqqətiniz sayəsində ərsəyə gəlib. 

Əziz Prezidentimiz, ilk qədəmlərini qoyan yeni 2018-ci ildə Sizə yeni-yeni uğurlar arzulayıram. İliniz uğurlu olsun. 

Hörmətlə,

Məhərrəmova Hamayıl, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Qazax  rayonu, Bağanis Ayrım kəndi.