17 yanvar 2018, 18:10

Yaxşıxanım Yüsubovadan, Yardımlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bir müddət əvvəl qəzalı vəziyyətdə olan fərdi yaşayış evimin bərpasına kömək göstərilməsi ilə bağlı Sizə müraciət etmişdim. Sizin tapşırığınızla şəhid ailəsi kimi mənim üçün yeni ev tikilib istifadəyə verildi.

Cənab Prezidentimiz, mənə və ailəmin timsalında bütün şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümü bildirir, Ulu Yaradandan Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Yüsubova Yaxşıxanım Dövlət qızı.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Alçabulaq  kəndi.