Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 yanvar 2018, 17:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etsin;

2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Diaqnostik qiymətləndirmədən sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulsunlar.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 yanvar 2018-ci il.

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 25 iyun 2026
20:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

Telefon danışığı zamanı mədəniyyət,...

25 iyun 2026, 20:30
SƏNƏDLƏR Sərəncamlar 25 iyun 2026
16:19
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və...

25 iyun 2026, 16:19
SƏNƏDLƏR Sərəncamlar 25 iyun 2026
16:17
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:

polkovnik...

25 iyun 2026, 16:17
SƏNƏDLƏR Fərmanlar 25 iyun 2026
16:09
“İntellektual gömrük” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İntellektual gömrük” informasiya sistemi (bundan sonra – İGİS) yaradılsın.

2. “İntellektual gömrük” informasiya sistemi...

25 iyun 2026, 16:09
SƏNƏDLƏR Fərmanlar 25 iyun 2026
15:50
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 590 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 590 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

25 iyun 2026, 15:50
SƏNƏDLƏR Fərmanlar 25 iyun 2026
15:46
Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının...

25 iyun 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 25 iyun 2026
15:15
“Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında” 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il iyunun 5-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında imzalanmış...

25 iyun 2026, 15:15
SƏNƏDLƏR Fərmanlar 25 iyun 2026
15:14
“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

25 iyun 2026, 15:14