Gerb

16 yanvar 2018, 15:30

Möhtərəm cənab Prezident,

Siz ümummilli lider Heydər Əliyevin siyasətini həm ölkə daxilində, həm də beynəlxalq arenada layiqincə davam etdirir, Azərbaycanı bütün dünyaya tanıdırsınız. Biz qazaxlılar, xüsusilə Qazaxın müharibə və əmək veteranları Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyirlər.

Sizin qayğınız və müvafiq göstərişləriniz nəticəsində rayonumuzda kənd təsərrüfatı sürətlə inkişaf edir. Rayonumuzda şəkər çuğundurunun, tütünün, kartofun əkin sahələrinin genişləndirilməsi, baramaçılığın dirçəldilməsi həm yeni iş yerlərinin açılması, həm də kəndlilərin torpağa bağlılığının daha da artması deməkdir.

Möhtərəm Prezident, biz qazaxlılar inanırıq ki, işğal altında olan torpaqlarımız yaxın vaxtlarda azad ediləcək.

Zati-ilinizə dərin minnətdarlığımızı bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Allah Sizi və Azərbaycanı qorusun.

Hörmətlə,

Hüseynov Arif Sabir oğlu

Balayev Xasay Rza oğlu

İsmayılov Şabəddin Şurə oğlu

Süleymanov Siyavuş İsmayıl oğlu, Qarabağ müharibəsi veteranları və başqaları (cəmi: 17 nəfər). 

Azərbaycan Respublikası, Qazax rayonu.