Gerb

13 yanvar 2018, 16:00

Əziz Prezidentimiz,

Sizin ölkəmizdə aqrar sahənin inkişafı ilə əlaqədar gördüyünüz işlərin dəyəri çox böyükdür. Mən bu sözləri kənd təsərrüfatı sahəsində çalışan, bu sahənin çətinliyini bilən zəhmətkeş bir insan kimi deyirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, traktorların və digər texnikaların kənd təsərrüfatçılarına güzəştli şərtlərlə lizinq yolu ilə verilməsi işimizə çox müsbət təsir göstərir və məhsul tədarükündə mühüm rol oynayır. Bu yaxınlarda müraciətim əsasında mənə də güzəştli şərtlərlə texnikalar verilib.

Hörmətli cənab Prezident, yola saldığımız il aqrar sahənin inkişafında çox mühüm illərdən biri kimi yadda qaldı. İnanırıq ki, qarşıdakı illərdə bu inkişaf daha da sürətlənəcək. Yeni 2018-ci ildə görəcəyiniz bütün işlərdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Əzizov Ədalət Tehran oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Gülməmmədli kəndi.