10 yanvar 2018, 09:30

Natella İbrahimova və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Tərtər rayonunun Bayandur kənd sakinləri adından Sizi və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirik. Sizə ailənizlə birlikdə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın inkişafı naminə həyata keçirdiyiniz qlobal layihələrdə uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident, bizim Bayandur kənd ibtidai məktəbi indiyədək qəzalı vəziyyətdə olan köhnə, kərpicdən tikilmiş iki darısqal otaqlı binada yerləşirdi. Məktəb binasının belə acınacaqlı vəziyyətdə olması uşaqların təlim-tərbiyəsinə də təsir edirdi. Sizin diqqət və qayğınızla indi bizim üçün 6 otaqlı modul tipli məktəb quraşdırılıb. Geniş, yaraşıqlı sinif otaqları göz oxşayır.

Möhtərəm cənab Prezident, təhsil işçilərinə, fidan balalarımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.

Hörmətlə,

İbrahimova Natella, məktəb direktoru

Məmmədova Zəkəriyyə

Zamanova Əman

Mahmudova Nailə.

Azərbaycan Respublikası, Tərtər rayonu, Bayandur kəndi.