08 yanvar 2018, 19:00

Sukran Məmmədovdan, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident, 

Sizin uğurlu fəaliyyətiniz sayəsində ölkəmiz gündən-günə inkişaf edir. Azərbaycan bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır. Mən qürur hissi duyuram ki, ulu öndər Heydər Əliyevin siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. 

Əziz Prezidentimiz, Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, ölkəmizin inkişafı yolunda Sizinlə çiyin-çiyinə çalışan, uşaqdan böyüyə kimi hamının rəğbətini qazanan Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın əməyini hər zaman təqdir edir, çətin və şərəfli işinizdə Sizə müvəffəqiyyətlər və möhkəm cansağlığı arzulayırıq. Sizin apardığınız uğurlu siyasətin məntiqi nəticəsini bizim kimi, bizdən sonrakı nəsillər də hiss edəcək. 

Hörmətli cənab Prezident, söz verirəm ki, mən ailəmlə birlikdə ömrümüzün sonuna qədər dövlətçiliyimizə sadiq qalacağıq. Azərbaycanın daha da qüdrətlənməsi istiqamətindəki fəaliyyətinizdə Sizə bir daha uğurlar arzulayıram. 

Hörmətlə,

Məmmədov Sukran Taleh oğlu. 

Azərbaycan Respublikası, Ağsu rayonu, Qarabağlı kəndi.