05 yanvar 2018, 16:25

Asif Qəfərovdan, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin  dekabrın 21-də imzaladığınız Sərəncamınızla Neftçala rayonunun Boyat kənd sakini Hacıyev Əlihüseyn Xanhüseyn oğlunun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi bizi və bütün kənd sakinlərini ürəkdən sevindirdi. Biz bir daha əmin olduq ki, çəkdiyimiz zəhmət həmişə diqqət mərkəzindədir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizi ad gününüz, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, ailənizlə birlikdə möhkəm cansağlığı, Vətənimizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminliklə deyirik ki, həmişə olduğu kimi, bundan sonra da Sizi dəstəkləyəcəyik.       

Hörmətlə,

Qəfərov Asif Səfər oğlu,

Boyat kənd inzibati ərazi nümayəndəsi.

Azərbaycan Respublikası, Neftçala rayonu, Boyat kəndi.