29 dekabr 2017, 14:10

Əliqismət Bədəlovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycanda söz və mətbuat azadlığına, müstəqil mətbuatın fəaliyyətinə yaradılmış şərait, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyiniz tədbirlər dünyaya nümunədir. Dünyanın heç bir ölkəsində jurnalistlər üçün hər cür şəraiti olan mənzil tikilib verilmir. Bu, yalnız Azərbaycandadır. Artıq 411 jurnalist Sizin çox yüksək xeyirxah missiyanızdan faydalanıb.

Sizin Sərəncamınızla yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ildə 3 dəfə keçirdiyi yazı müsabiqələrində 100-ə yaxın jurnalist mükafatlandırılır. Obyektiv, demokratik və şəffaf keçirilən müsabiqə iştirakçılarının sayı getdikcə artır. Mən də bir jurnalist kimi həm evlə təmin olundum, həm də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqədə qalib olaraq pul mükafatı aldım. Bütün bunlar ailəmizin rahat yaşamasında, rifah halımızın yaxşılaşmasında böyük rol oynayır.

Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarıq. Növbəti illərdə də Sizi Prezident kürsüsündə görmək ən böyük istəyimizdir. Bu yolda daim Sizinlə birlikdəyik.

Hörmətlə,

 

Bədəlov Əliqismət Əjdər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.