Vəli Muxtarov və başqalarından, Göygöl, Azərbaycan
28 dekabr 2017, 20:00
Hörmətli cənab Prezident,
Göygöl rayonunun Quşqara kəndində yaşadığımız ərazidə subartezian quyusunun qazılıb istifadəyə verilməsi bizi çox sevindirdi.
Sizin sahibkarlığın inkişafına, kənd təsərrüfatının dirçəldilməsinə göstərdiyiniz qayğınızı, ölkədə iqtisadiyyatın neftdən asılılığının azaldılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş siyasətinizi, həyata keçirilən tədbirləri yüksək qiymətləndiririk. Biz Sizin siyasətinizi bəyənir və dəstəkləyirik.
Möhtərəm cənab Prezident, Sizin göstərişinizlə Göygöl rayonunun Quşqara kəndində artıq 3 subartezian quyusu qazılaraq istifadəyə verilib. Bu, bizi çox sevindirir. Sizin qayğınız bizim torpağa olan həvəsimizi artırır. Yaradılmış şəraitdən istifadə edərək, uzun illərdən bəri istifadəsiz qalmış həyətyanı sahəmizi və pay torpaqlarımızı əkin dövriyyəsinə cəlb etdik. Güzəranımız gündən-günə daha da yaxşılaşır.
Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Muxtarov Vəli Fərman oğlu
Məmmədov Məhəmməd Fəxrəddin oğlu
Rüstəmov Sənan Arif oğlu
Əliyev Vahid Qulam oğlu
Hüseynov Nurəddin Fərman oğlu
Əliyeva Xədicə Arif qızı və başqaları.
Azərbaycan Respublikası, Göygöl rayonu, Quşqara kəndi.