Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan

28 dekabr 2017, 16:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə - istedadlı, praqmatik və müdrik dövlət xadiminə, təcrübəli diplomata və Azərbaycan dövlətinin liderinə bir daha səmimi hörmətimi və minnətdarlığımı bildirirəm.

Sizin ardıcıl, balanslaşdırılmış və çoxvektorlu siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın əsl regional liderinə çevrilib, dünya birliyində öz layiqli yerini tutub.

Azərbaycan bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı sabitlik və firavanlıq adasıdır. Məhz Sizin praqmatik və müdrik siyasi strategiyanız sayəsində Azərbaycan dövləti bu cəmiyyətin həyat tərzinə çevrilmiş tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Azərbaycan millətçiliyin, şovinizmin, faşizmin və terrorizmin alternativi olan multikulturalizmin ən yaxşı modelidir.

Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyiniz, bütün konfessiyalara və Azərbaycanda yaşayan bütün xalqlara hörmətli münasibətiniz sayəsində həm İsrail cəmiyyətinin, həm də dünyanın başqa dövlətlərindəki yəhudi icmalarının çox hissəsinin hörmətini qazanmısınız.

Sizə və Sizin gözəl ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm.

Dərin hörmətlə,

 

Arye Qut

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru,

“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri