22 dekabr 2017, 14:30

H.Abdullayevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Müstəqil Azərbaycanın inkişafı naminə apardığınız məqsədyönlü siyasət geniş təqdir olunmaqdadır. Respublikaya rəhbərliyiniz dövründə baş verən yüksəliş və irəliləyiş hər bir azərbaycanlını sevindirir. Xalqın rifahı gündən-günə yaxşılaşır. Ulu öndər Heydər Əliyevin prinsipiallığı və qətiyyəti Sizin apardığınız siyasətdə də özünü göstərir.

Bu xüsusda Sizin Sumqayıt şəhərini daim diqqətdə saxlamağınızı da qeyd etməliyik. Şəhərimizin gündən-günə gözəlləşməsində Sizin göstərişlərinizin mühüm rolu olub. İstər sosial, istərsə də iqtisadi sahədə Sumqayıtda böyük işlər görülüb. Şəhərimizə hər gəlişiniz bizim üçün bayrama çevrilir. Keçirilən görüşlərdə sadə insanlarla ünsiyyətiniz gələcəyə olan inamımızı daha da artırır.

Möhtərəm cənab Prezident, biz Sizinlə fəxr edirik. Şəhərimizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

 

Abdullayeva H.M.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.