Gerb

21 dekabr 2017, 14:00
W1siziisijiwmtcvmtivmjevmzj3anprc3vkm18wmdffmthflmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=4c60cd24e5c84301

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əl-Sudeyrini qəbul edib.

Tofiq Əl-Sudeyri “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Tofiq Əl-Sudeyri 1998-ci ildə Azərbaycana səfəri zamanı ümummilli lider Heydər Əliyev ilə görüşünü dərin ehtiramla xatırladı. Qeyd etdi ki, həmin vaxtdan etibarən ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edib. Həm Səudiyyə Ərəbistanı Kralı, həm də Səudiyyə xalqı Azərbaycan Prezidentinə, Hökumətinə və xalqına böyük məhəbbət və dostluq hissləri bəsləyir.

Ölkəmizə ilk səfərindən ötən iyirmi ildə Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini məmnunluqla qeyd edən qonaq dedi ki, bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin gələcəyi və xalqın rifahı naminə həyata keçirilən siyasətin nəticəsində mümkün olub.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Səudiyyə Ərəbistanının yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Səudiyyə Ərəbistanına rəsmi səfərini məmnunluqla xatırladı.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan torpaqlarını işğal edən, müsəlman abidələrini və məscidlərimizi dağıdan Ermənistanla Səudiyyə Ərəbistanının hər hansı əlaqəni qurmaması Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir.


Böyük ölçüdə