20:34
İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
20 dekabr 2017, 15:10Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayeri qəbul edib.
Söhbət zamanı Prezident İlham Əliyevin Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerlə görüşü məmnunluqla xatırlandı.
Görüşdə Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının müxtəlif xalqların və millətlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet sahələrindən biri olduğu bildirildi, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə dostluq şəraitində birgə yaşadığı məmnunluqla qeyd edildi.
Görüşdə, həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı.
20:34
19:05
18:55
17:14
16:30
14:45
14:14
13:38
11:25
21:47
16:25
13:43