15 dekabr 2017, 15:30

Xalid İxtiyarovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən uzun illər pambıqçılıqda briqadir işləmişəm. Əməyimə görə dövlət tərəfindən müxtəlif orden və medallarla təltif edilmişəm. Ulu öndər Heydər Əliyevlə görüşlərimizi biz kənd zəhmətkeşləri hər zaman xoş hisslərlə xatırlayırıq.

Cənab Prezident, son illər ölkəmizdə pambıqçılığın tənəzzülə uğraması məni çox ciddi narahat edirdi. Çünki kənd əhalisinin əsas dolanışıq yeri pambıqçılıq idi. Allaha çox şükür ki, Sizin diqqət və qayğınız sayəsində bu sahə artıq yenidən dirçəlir, inkişaf edir. Bu, kənd adamlarını ürəkdən sevindirir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Siz bu işi davam etdirirsiniz.

Əziz Prezidentimiz, biz Sizinlə fəxr edirik. Çox sağ olun. Fürsətdən istifadə edərək, qarşıdan gələn Yeni ilinizi ürəkdən təbrik edirik.

Hörmətlə,

İxtiyarov Xalid Bəbiş oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Gödəkqobu kəndi.