14 dekabr 2017, 16:20

Kazım Kazımov və başqalarından, Qax, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rayonumuza hər gəlişiniz bizdə bayram əhval-ruhiyyəsi yaradır. Qaxa sonuncu səfəriniz zamanı rayonumuzun 10 kəndini birləşdirən Qax-Qorağan-Zaqatala yolunun əsaslı təmirdən sonra bir hissəsinin istifadəyə verilməsi bizi hədsiz dərəcədə sevindirdi. İllər idi ki, rayon mərkəzinə gediş-gəlişimizi çətinliklə təmin edən bu yolun bərpasını arzulayırdıq.

Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz bu diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, Azərbaycanın daha da inkişafı və müstəqilliyimizin möhkəmləndirilməsi yolunda fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,

Kazımov Kazım Abdulla oğlu

Əhmədov İmam Məcid oğlu

Ağaməliyev Şəfi Şahmərdan oğlu

Şixamirov Məhsim Baba oğlu

Əliyev Ənvər Abdurəhman oğlu.

Azərbaycan Respublikası, Qax rayonu, Ləkit kəndi.