14 dekabr 2017, 16:00

Hafiz Osmanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

“İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli Sərəncamınızı çox yüksək dəyərləndirirəm. Bu addım İslam ölkələri arasında əməkdaşlığın genişlənməsinə və insan resurslarının inkişafına mühüm töhfə verəcək.

Çox hörmətli cənab Prezident, Azərbaycan Respublikasının vətəndaşı olaraq tam səmimiyyətlə qeyd etmək istədim ki, bu gözəl əməldən bir müsəlman kimi böyük qürur duyur və sevinc hissi keçirirəm. Bir elmi işçi olaraq bildirmək istərdim ki, bu Sərəncamın təkcə İslam dünyasında deyil, digər sivilizasiyalarda da qarşılıqlı elmi inteqrasiyanın sürətlənməsinə bir təkan olacaq, bu isə xalqımıza və dövlətçiliyimizə bir daha başucalığı gətirəcəkdir.

 Sizə öz dərin minnətdarlığımı bildirir və “Başınız daim uca olsun!” deyirəm.

Hörmətlə,

Osmanov Hafiz Maarif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu