09 dekabr 2017, 16:30

Dadaş Abdullayev və başqalarından, Ağdam, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfərlərinizi xalqımız, o cümlədən məcburi köçkünlər xoş əhval-ruhiyyədə qarşıladılar. Vaxtilə təməlini qoyduğunuz obyektlər, uşaq bağçaları, dövlət əhəmiyyətli binalar, məcburi köçkünlərin həyat şəraitini  yaxşılaşdırmaq üçün salınan yaşayış kompleksi artıq xalqın istifadəsinə verilib.

Əziz Prezidentimiz, buna görə Sizə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan dövlətçiliyi, xalqımızın sosial rifahının yaxşılaşdırılması naminə yorulmadan gördüyünüz işləri yüksək dəyərləndirir, Ağdamın Qasımbəyli, Quzanlı, Baharlı, İmamqulubəyli kənd və qəsəbə sakinləri adından Sizə “Çox sağ olun” deyir, gələcək işlərinizdə müvəffəqiyyətlər və möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Abdullayev Dadaş Camal oğlu

Hüseynov Söhbət Allahverdi oğlu

Quliyev İlqar Hətəm oğlu

Nəsibov Nasib Balaca oğlu

Salmanov Fazil Şahlar oğlu və başqaları. 

Azərbaycan Respublikası, Ağdam rayonu.