09 dekabr 2017, 14:00

Şükür İmanov və başqalarından, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rayonumuza hər gəlişiniz biz sabirabadlılara əsl bayram əhval-ruhiyyəsi bəxş edir. Biz Sizin rayonumuza göstərdiyniz qayğını daim hiss edirik.

İyirmi min nəfər əhalinin yaşadığı 10 kəndi birləşdirən və uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı yolunun əsaslı təmirdən sonra Sizin Sabirabada son səfəriniz zamanı istifadəyə verilməsi bizi hədsiz sevindirdi.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz bu qayğıya görə kəndimizin çoxsaylı sakinləri adından Sizə  minnətdarlığımızı bildirir, Ulu Tanrıdan möhkəm cansağlığı diləyir, Azərbaycanın daha da inkişafı və müstəqilliyimizin möhkəmlənməsi uğrunda yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

İmanov Şükür Ələkbər oğlu

Şıxəliyev Qəfər Aslan oğlu

Bağırov Əhəd Seyidməmməd oğlu

Məmmədov Mahir Şahlar oğlu

Məmmədov Mais  Xanlar oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Nərimankənd kəndi.