08 dekabr 2017, 12:50

Zəhra Almasovadan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz məcburi köçkünlər Sizin diqqət və qayğınızı həmişə öz üzərimizdə hiss etmişik. Doğma yurd-yuvamızdan didərgin düşdükdən sonra Sizin qayğınızla yenidən ev-eşik sahibi olmuşuq.

Bu günlərdə Tərtər rayonunda məcburi köçkünlər üçün salınan qəsəbə bizim kimi yüzlərlə ailəyə sevinc bəxş etdi. Qəsəbənin açılışında Sizin iştirakınız bizi qürurlandırdı, bir daha qayğınızla fəxr etdik.

Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. İnanırıq ki, belə qəsəbələr tezliklə işğaldan azad olunacaq torpaqlarımızda salınacaq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Almasova Zəhra.

Azərbaycan Respublikası, Tərtər şəhəri.