06 dekabr 2017, 16:35

Gülnarə Mütəllimovadan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Rayonumuzun sakinləri üçün yaratdığınız gözəl, rahat şəraitə görə, ilk növbədə, Sizə təşəkkür edirəm. Sizin diqqət və qayğınız nəticəsində yeni xəstəxananın tikilməsi, yollarımızın abadlaşdırılması, məktəblərin və bəzi köhnə binaların yenidən təmir edilməsi, təmiz içməli su xəttinin çəkilməsi bizim yaşayış səviyyəmizi daha da yaxşılaşdırır. Sizin sayənizdə təkcə Sabirabad rayonu deyil, digər şəhər və rayonlar, kəndlər də  gündən-günə inkişaf edir, bölgələrdə yeni iş yerləri açılır.

Əziz Prezidentimiz, xalqımız və Azərbaycanımız üçün gördüyünüz bu işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Mən inanıram ki, işğal altında olan torpaqlarımız Sizin uğurlu siyasətiniz nəticəsində azad ediləcək.

Sizə möhkəm cansağlığı, uzun ömür arzu edirəm.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Mütəllimova Gülnarə Teyyub qızı

Azərbaycan Respublikası, Sabirabad rayonu.