05 dekabr 2017, 15:40

Əfsər Sadıqlıdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin təşəbbüsünüzlə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində rayon şagirdlərindən bir qrupu 3 gün ərzində ölkəmizin qərb bölgəsində səyahətdə oldular. Mən də həmin qrupun tərkibində olduğum üçün çox sevindim. Biz Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının gəzməli-görməli yerləri ilə yaxından tanış olduq.

Bütün bunlar Sizin tariximizə və milli-mənəvi dəyərlərə, uşaqlara göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Bu tur-aksiyalar ölkəmizin tarixi irsi və inkişafı ilə yaxından tanış olmağımıza şərait yaradır.

Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Sadıqlı Əfsər Əlövsət oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi.