Gerb

05 dekabr 2017, 12:58

Hörmətli cənab Prezident,

Sizin təsdiq etdiyiniz Dövlət proqramlarına və imzaladığınız sərəncamlara uyğun olaraq görülən işlər sayəsində doğma şəhərimiz Sumqayıtın siması yenilənir, əhalinin rifah halı yaxşılaşır. Yeni tikilən və əsaslı təmir olunan ictimai-sosial binalar, parklar, dənizkənarı bulvar və digər obyektlər şəhərimizin ümumi mənzərəsini gözəlləşdirir, eyni zamanda, insanların firavan və rahat yaşayışının təmin olunmasına xidmət edir.

Həyata keçirilən tədbirlər çərçivəsində bizim yaşadığımız binanın dam örtüyü yenilənib. Bu, binanın sakinləri tərəfindən böyük sevinc hissi ilə qarşılandı.

Cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Məhərrəmova Xuraman Güldürxan qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.