05 dekabr 2017, 11:50

Elşən Orucovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Pambıqçılığın inkişafına göstərdiyiniz qayğı ölkəmizin tərəqqisinə və gələcəyinə zəmanətdir.

Cari mövsümdə mən 60 hektar sahədə pambıq əkdim və bol məhsul əldə etdim. Əkin sahəmdə 30 nəfər işlə təmin olunmuşdu.

Möhtərəm cənab Prezident, Siz işsizliyin aradan qaldırılması üçün əlinizdən gələn köməyi bizdən əsirgəmirsiniz. Biz ağdamlılar hər zaman Sizin arxanızdayıq. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür diləyirik. 

Hörmətlə, 

Orucov Elşən Oqtay oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Baharlı kəndi.